ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı bir neçə açıqlama verib.

"Unikal" xəbər verir ki, Tramp açıqlamasında rusiyalı həmkarı Vladimir Putindən gileylənib.

“Prezident Putin məni çox məyus etdi, bunu deyə bilərəm və biz insanların yaşamasına kömək etmək üçün bəzi işlər görəcəyik”, - deyə Tramp bildirib.

Tramp yay ərzində bir neçə dəfə Vladimir Putinə görə “məyus” olduğunu bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, məyusluqlar "həddindən artıq gözləntilərdən qaynaqlanır".