Qızıl füçerslərinin qiyməti bir Trua unsiyası üçün 3 600 dollara çataraq, tarixi maksimumu yeniləyib.
"Unikal" xəbər verir ki, bu barədə "Comex" birjasının (Nyu-York əmtəə birjasının bölməsi) məlumatında deyilir.
Bakı vaxtı ilə saat 23:20-yə olan məlumata görə, qiymətli metalın qiyməti 1 Trua unsiyası üçün 3 600.3 dollar (+0.99%) təşkil edib.
Eyni zamanda, Bakı vaxtı ilə saat 23:27-yə olan məlumata görə isə qızılın qiyməti bir unsiya üçün 3 598 dollara (+0.93%) düşüb.