Gürcüstanın baş naziri İrakli Kobaxidze BP-nin Gürcüstan, Azərbaycan və Türkiyə üzrə regional prezidenti Qeri Consla görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə BP ilə Gürcüstan arasında uzunmüddətli uğurlu əməkdaşlıq, tərəfdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunub. Bildirilib ki, BP ölkənin ən böyük investorlarından biridir.
Tərəflər həmçinin BP-nin Gürcüstandakı layihələrini, o cümlədən ölkədən keçən üç əsas neft və qaz tranzit boru kəmərini, həmçinin Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin əhəmiyyətini müzakirə ediblər.