Ağdaşda yol qəzası olub, yaralanan var.
"Unikal"ın məlumatına görə, hadisə Qəribli kəndi istiqamətində baş verib. Qəzada xəsarət alan 1980-ci il təvəllüdlü minik avtomobilinin sürücüsü Elnur Arif oğlu Mirzəliyev əvvəlcə yaşadığı əraziyə getsə də, oradan isə narahatlığı səbəbindən xəstəxanaya çatdırılıb. Yaralı sürücünün sözlərinə görə, qəzaya avtomobilin önünə heyvan sürüsünün çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov