Tovuzda piyada yol qəzasında ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Düzcırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil məktəbli qızı 2016-cı il təvəllüdlü N.Abulzadəni vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Tural Əhmədov