Samuxda iki minik maşının toqquşması zamanı xəsarət alanların kimlikləri məlum olub.

"Unikal"ın məlumatına görə, xəsarət alanlar 1994-cü il təvəllüdlü E.Əliyev, 1993-cu il təvəllüdlü S.Qafarova, 1972-cu il təvəllüdlü N.Əliyev, 2023-cü il təvəllüdlü Ş.Əliyev, 2001-ci il təvəllüdlü E.Behbudov, 2025-ci il təvəllüdlü F.Əliyev və daha bir nəfərdir.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

***

Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 02.09.2025-ci il tarixində saat 11:10 radələrində 7 nəfər (5 kişi, 2 qadın cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə təxliyə olunublar.

Hazırda Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində onların müayinələri davam etdirilir.

***12:58

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Kür yolunda qeydə alınıb. Rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü R. Behbudovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşub. Qəza zamanı sürücü R. Behbudov ölüb. Avtomobildə olan Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü E. Behbudov və başqa 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov