Naftalanda parkda kişi meyit aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən parkların birində qeydə alınıb.
Belə ki, park ərazisindən 1956-cı il təvəllüdlü M.Musayeva məxsus meyit aşkarlanıb. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb edilib. Ölümün səbəbi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli Şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Tural Əhmədov