Şimali Koreya lideri Kim Çen In Çinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinlə ikitərəfli görüşlər keçirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Kim Çen Inın İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün Pekində keçiriləcək hərbi paradda Putin və Si Cinpinlə ilə birlikdə olacağı gözlənilir.