Qərbi Sudanın ucqar Marra dağlarında baş verən torpaq sürüşməsi azı 1000 nəfərin həyatına son qoyub.

"Unikal" BBC News-a istinadən xəbər verir ki, günlərdir yağan güclü yağış bazar günü Tarasin kəndində torpaq sürüşməsinə səbəb olub.

Məlumata görə, təbii fəlakət kəndin xəritədən silinməsinə səbəb olub. Nəticədə 1000 nəfər həyatını itirib, yalnız bir nəfər sağ qalıb. Ölkə humanitar yardım üçün BMT və digər regional və beynəlxalq təşkilatlara müraciət edib.