Xəbər verdiyimiz kimi, İstanbul Topdansatış Bazarında (İSTOÇ) mağazada yanğın baş verib.

"Unikal" xəbər verir ki, plastik məmulatların satıldığı mağazada başlayan alov ətrafdakı müəssisələrə də keçib.

İstanbul valisi Davud Gül yanğının nəzarət altına alındığını və soyutma işlərinin davam etdiyini bildirib. O, 17 iş yerinin yanğından zərər çəkdiyini və can itkisinin olmadığını açıqlayıb.

***09:22

İstanbulun Bağcılar mahalındakı Topdan Alıcılar Bazarında (İSTOÇ) yanğın baş verib. Yanğın tez bir zamanda digər müəssisələrə də keçib.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, əraziyə çox sayda yanğınsöndürən maşınlar cəlb olunub. Bəzi tikililərdə kiçik partlayışlar, bəzilərində isə qismən çökmələr baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.