"Liverpul" 2025-ci ilin yay transfer pəncərəsində yeni oyunçular üçün rekord məbləğ - 483 milyon avro xərcləyib.

"Unikal" xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb. 

Klub yeddi futbolçu alıb. Onların arasında İngiltərə Premyer Liqasında (APL) rekord məbləğə - 144 milyon avroya alınan forvard Alexander İsak və ingilislərin 125 milyon avro ödədiyi forvard Florian Virtz də var.

"Liverpul" London klubunun yeni oyunçular üçün 2023-cü ilin yayında 464 milyon avro xərcləyən "Çelsi"nin rekordunu qırıb.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. 

Ağarza Elçinoğlu