Türkiyənin tanınmış aktrisası Burcu Binici canlı yayımda qəfil halının pisləşməsi ilə gündəmə gəlib.

"Unikal" xəbər verir ki, veriliş zamanı huşunu itirən anidən aktrisa yerə yıxılıb. Hadisə həm proqram aparıcısında, həm də izləyicilərdə böyük şok yaradıb. Baş verənlərdən sonra sağlamlıq durumu ilə bağlı açıqlama verən Binici doğuşdan ürək ritmində problem olduğunu bildirib:

“Hazırda vəziyyətim yaxşıdır, narahat olmayın”, - deyə aktrisa vurğulayıb.