Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə məlumat daxil olub.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
*** 15:28
Abşeron rayonunun Digah qəsəbəsində bir nəfər süni sututarında batıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.