Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiyinin qətlində şübhəli bilinən Mixail Sçelnikov məhkəmə öncəsi şok açıqlama verib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Jurnalistlər Sçelnikovdan “Niyə məhz Parubiy?” sualını soruşduqda o belə cavab verib: “Çünki o, yanımda idi. Əgər orada Petyа da (Petro Poroşenko - Ukrayna Respublikasının 5-ci Prezidenti 2014–2019) olsaydı, deməli onu öldürəcəkdim”.

O, həmçinin qətlə yetirdiyi şəxsi tanıdığını və cinayəti törətdiyini inkar etmədiyini bildirib. Daha sonra isə əlavə şərh verməkdən imtina edib. Xatırladaq ki, daha əvvəl Ukrayna Milli Polisi Sçelnikovun saxlanılma anının görüntülərini yayımlamışdı. Rəsmi qurum onun bu cinayətə uzun müddət hazırlaşdığını açıqlamışdı.

Gülayə Mecid