"Yevlaxla bağlı danışıqlara gəlincə, bu danışıqlarla bağlı çoxlu spekulyasiyalar var. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən heç vaxt Yevlaxda olmamışam, heç bir danışıqlar aparmamışam".

"Unikal" xəbər verir ki, bunu Qarabağda ləğv olunmuş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan deyib.

Onun sözlərinə görə, Yevlaxa gedənlər heç bir sənədə imza atmayıblar: "Sırf humanitar məsələlər müzakirə olunub: işığın bərpası, qazın çəkilməsi, evakuasiya ilə bağlı məsələlər". 

Ağarza Elçinoğlu