Rusiya Bakı ilə İrəvan arasında nəqliyyat və iqtisadi əlaqələrin tənzimlənməsində və humanitar məsələlərin həllində kömək etməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Rusiya 2020 və 2022-ci illərdə əldə edilmiş ən yüksək səviyyədə üçtərəfli sazişlər kompleksi əsasında münasibətlərin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş Azərbaycan və Ermənistanın səylərini ardıcıl olaraq dəstəkləyir. Əvvəlki kimi, biz həm Bakıya, həm də İrəvana nəqliyyat və iqtisadi əlaqələrin açılmasında, humanitar məsələlərin həllində kömək etməyə hazırıq", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu