17 iyul 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov aparatın əməkdaşları ilə birlikdə Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Cəfərov Famil və Cəfərov Kamil qardaşlarının anası Məryəm Cəfərovanı evində ziyarət edib.
"Unikal" xəbər verir ki, icra başçısı onun qayğıları ilə maraqlanıb, Rayon İcra Hakimiyyəti tərəfindən onun evinin dam örtüyünün yenilənməsi işləri ilə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.
Şəhidlərin anası Məryəm Cəfərova və onun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.













































.jpg)





.jpg)



.jpg)
