“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində tərbiyəçi-müəllim vəzifəsinə müraciət etmək istəyən namizədlər üçün müraciət müddəti uzadılıb.

Bu barədə "Unikal"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, namizədlər iyulun 20-si saat 10:00-dək vakansiyalar üzrə müraciət edə bilərlər.

Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi üzrə vakansiyalar mövcuddur. Vakansiya elan edilən təhsil müəssisələri aşağıdakılardır:

• Nizami Sərxanov adına 256 nömrəli tam orta ümumtəhsil məktəbi;

• Müşfiq Orucov adına 213 nömrəli məktəb-lisey;

• Rəhilə Orucova adına 109 nömrəli tam orta ümumtəhsil məktəbi;

• 331 nömrəli ümumi orta ümumtəhsil məktəbi;

• Nəriman Həmidov adına 208 nömrəli tam orta ümumtəhsil məktəbi.