Endi Börnhem Böyük Britaniya Leyborist Partiyasının yeni lideri olub.
"Unikal" xəbər verir ki, bu barədə hakim partiyanın Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud Böyük Britaniyanın hakim partiyasının xüsusi konfransında bildirib.
56 yaşlı siyasətçi Keir Starmerin istefa qərarından sonra baş nazir vəzifəsini icra edəcək. Dauninq küçəsində lider dəyişikliyi iyulun 20-nə planlaşdırılıb.
Leyboristlər Partiyasının liderliyinə namizədlik müddəti 15 iyulda başa çatıb, lakin Böyük Mançesterin keçmiş meri Börnhemdən başqa heç kim namizəd kimi iştirak etməyib. O, 403 Leyborist millət vəkilindən 369-nun və partiyaya bağlı bütün həmkarlar ittifaqlarının dəstəyini qazanıb. Beləliklə, o, Leyboristlər Partiyasının rəqibsiz lideri olub.







.jpg)







_1583402582.jpg)







.jpg)
























