Nazirlər Kabineti “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib, güzəştlər müəyyənləşib.

"Unikal"ın xəbərinə görə, qərara əsasən, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad ediləcək:

- İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı;

- İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA -Association of Chartered Certified Accountants) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı.”