Futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi tarix bəlli olub.

"Unikal" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində məlumat verib.

Onun sözlərinə görə, həlledici qarşılaşma mayın 12-də oynanılacaq.