1969-cu ildə Amerikalı astronavtları xilas edən flomaster 850.000 dollara satılıb.
"Unikal" xəbər verir ki, amerikalı astronavt Bazz Oldrin tərəfindən 1969-cu ilin iyul ayında tarixi Apollo 11 missiyası zamanı istifadə edilən qara flomaster, heyətin Yerə qayıtmasında əsas rol oynayan bir əsər kimi hərraca çıxarılıb.
Xatırladaq ki, Nil Armstronq və Bazz Oldrin Ay səthindən qalxma mühərrikini alovlandırmaq üçün lazım olan açarın sıradan çıxdığını aşkar etdilər. Bu açar olmasaydı, onlar Yerə qayıda bilməzdilər. Məhz o zaman Öldrin yanında rəsmi avadanlıq siyahısında olmayan adi flomaster olduğunu xatırlayıb. Astronavt zədələnmiş açarı basmaq və qalxma modulunun mühərrikini alovlandırmaq üçün ondan istifadə edib. Təkmilləşdirilmiş həll işə yarayıb və heyət Yerə sağ-salamat qayıdıb.











.jpg)





.jpg)



.jpg)







_1583402582.jpg)








.jpg)










