ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr nəticəsində bütün İranın həyatının asılı olduğu Bəndər Abbas şəhərinin respublikanın qalan hissəsi ilə əlaqəsi kəsilib.
"Unikal" xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, bir sıra bombalamalar nəticəsində ölkə ticarətinin təxminən yarısını idarə edən 500.000 əhalisi olan şəhər xarici dünyadan demək olar ki, tamamilə təcrid olunub.
Şəhəri ölkənin qalan hissəsi ilə birləşdirən körpülər, eləcə də dəmir yolu dağılıb.
Bundan əlavə, şəhərdə İranın əsas dəniz bazası yerləşir və Tehranın Hörmüz boğazına nəzarət etmək qabiliyyəti bundan asılıdır.
Bəndər Abbasdakı Şəhid Rəcai Limanı İranın qızıl qapısıdır və sənaye avadanlıqları, tikinti materialları, kənd təsərrüfatı məhsulları, istehlak malları, eləcə də polad, gübrələr və neft məhsulları da daxil olmaqla, ölkənin ticarətinin təxminən yarısını idarə edir.
Ağarza Elçinoğlu

























































