Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad şəhərində qanunsuz fişəng fabrikində baş verən güclü partlayış nəticəsində ən azı 8 nəfər ölüb, 15 nəfər yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə "India" telekanalı məlumat yayıb. 

Telekanalın qeyd etdiyi kimi, partlayış o qədər güclü olub ki, səslər 5 km-ə qədər məsafədən eşidilib. Hadisə yerində genişmiqyaslı dağıntılar barədə məlumatlar var. Xilasedicilər dağıntılar altından insanları çıxara biliblər.

Hakimiyyət orqanları partlayışın səbəbi və pirotexnika fabrikinin qanunsuz fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb. Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Ağarza Elçinoğlu