Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti yaxşılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya özü məlumat verib.

99 yaşlı akademik hazırda evdə müalicəsini davam etdirdiyini və özünü daha yaxşı hiss etdiyini bildirib.

“Evdəyəm. İndi özümü nisbətən yaxşı hiss edirəm. Bir neçə günə tam sağalacağam. Mənə göstərilən diqqət və dəstəyə görə Heydər Əliyev Fonduna və hörmətli Mehriban xanıma səmimi təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, mənə yardım etdilər”, – deyə Ömər Eldarov əlavə edib.

Qeyd edək ki, Ömər Eldarov ötən gün xəstəxanaya yerləşdirilmişdi. O, müayinələrdən keçdikdən sonra evə buraxılıb.