İran ABŞ ilə imzalanmış anlaşma memorandumundan irəli gələn öhdəliklərini dondurub.

"Unikal" xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi dövlət televiziyasına müsahibəsində danışıb.

K.Qəribabadi rəsmi Vaşinqtonu razılaşmanın bütün şərtlərini pozmaqda və maddələrin icrasını dayandırmaqda ittiham edib. O bildirib ki, qarşı tərəfin addımlarına cavab olaraq İran da memorandum üzrə öhdəliklərinin icrasını dayandırıb və artıq onları yerinə yetirmir.

Nazir müavini hazırkı şəraitdə Tehranın əsas diqqətini ölkənin müdafiəsinə yönəltdiyini vurğulayıb.

ABŞ-nin hələ danışıqlar mərhələsi getdiyi vaxtda hücumlara başladığını iddia edən Qəribabadi, Vaşinqtonun mövqeyinin heç bir nəticə verməyəcəyini bir daha anladığını və buna qarşı lazımi cavabı aldığını qeyd edib.