İran nə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), nə də İslamabad sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri pozub.

"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib. 

Onun sözlərinə görə, İranın ABŞ-nin təcavüzünə qarşı müqavimət göstərməkdən başqa alternativi yoxdur.

Diplomat bildirib ki, İranın sazişlər çərçivəsindəki öhdəliklərini yerinə yetirməsi ABŞ-nin də öz öhdəliklərinə əməl etməsindən asılıdır" ABŞ öhdəliklərini pozmaqda davam etdiyi müddətdə İranın da həmin öhdəlikləri yerinə yetirməsi mümkün deyil".