Xloe Malle "American Vogue" jurnalının baş redaktoru təyin edilib.
"Unikal" xəbər verir ki, o, yeni vəzifəsində nəşrin yaradıcılıq və redaksiya istiqamətini müəyyənləşdirəcək və Anna Vinturun rəhbərlik etdiyi Vogue jurnalının beynəlxalq versiyalarının 10 baş redaktorundan ibarət şuraya daxil olacaq.
"Vogue"un "gizli silahı" adlandırılan Malle çox platformalı məzmun hazırlayır, uğurlu layihələr edir, eksklüziv materiallar ərsəyə gətirir.
O, "Vogue"dan əlavə "The Wall Street Journal", "NYT" və "Architectural Digest" kimi böyük nəşrlər üçün yazılar yazıb.