Xəbər verdiyimiz kimi, rusiyalı alpinist Natalya Naqovisina Qırğızıstanda Qələbə zirvəsində, 7 min metr hündürlükdə ayağı sınmış vəziyyətdə ilişib qaldıqdan sonra həyatını itirib.
"Unikal" xəbər verir ki, alpinistin ölümünü təsdiq edən dron görüntüləri yayılıb.
Qeyd edilir ki, bu gün dağa qaldırılan dron 7 dəqiqə çadırın üzərində dövrə vursa da, Natalya heç bir həyat əlaməti göstərməyib.
Xatırladaq ki, 47 yaşlı alpinist ayağı sınandan sonra 7200 metr yüksəklikdə 21 gün tək qalıb. Onu xilas etməyə çalışan rus və xarici komandalar pis hava səbəbindən uğur qazanmayıb, hətta bir xilasedici də həyatını itirdi. Alpinistin cəsədi yalnız 2026-cı ilin yazında endirilə biləcək.