Polşalı milyarder və abadlıq və beton şirkətinin rəhbəri Pyotr Şerek ABŞ Açıq Çempionatında tennisçi Kamil Myaçxjjakın imzası olan papağı gənc fanatın əlindən alarkən kameralara tuş gəlib. Onun bu davranışı mübahisələrə səbəb olub.
"Unikal" xəbər verir ki, Şerek bu görüntülərdən sonra "internetdə ən nifrət edilən adam" adlandırılıb.
Milyarder ilk açıqlamasında baş vermiş hadisəyə görə üzr istəyib və iddia edib ki, o vaxt idmançı papağı ona “əvvəllər avtoqraf istəyən oğulları üçün” verdiyini zənn edib.
Şerek vurğulayıb ki, o, uşağı incitmək niyyətində olmayıb və uşaq və yeniyetmələrə dəstək verən xeyriyyə təşəbbüslərində daha çox iştirak etmək niyyətindədir.