Göygöldə iki maşının toqquşması zamanı ölən şəxsin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, ölən şəxs "MAZ" markalı yük maşınının sürücüsü 1972-ci il təvəllüdlü S.Abdullayevdir.
XXX
17:21
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Tural Əhmədov