Aktyor Jerar Depardye zorlama iddiası ilə yenidən məhkəmə qarşısına çıxacaq.
"Unikal" xəbər verir ki, 2018-ci ildə törədildiyi iddia edilən cinsi zorakılıqda ittiham olunan məşhur aktyora qarşı iş Paris məhkəməsinə verilib.
Söhbət 7 və 13 avqust 2018-ci il tarixli iki hadisədən gedir. İddialardan biri aktrisa Şarlotta Arnu tərəfindən qaldırılıb.