Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər pilotsuz uçuş aparatları (PUA) ilə İsrail ərazisində ordunun Baş Qərargahı daxil olmaqla, dörd obyektə hücum ediblər.
"Unikal" xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya husilərə məxsus "Al Masirah" telekanalının efirində deyib.
Onun sözlərinə görə, PUA-lar Ben Qurion hava limanına, Aşdod dəniz limanına və Təl-Əvivdəki elektrik stansiyasına da zərbələr endiriblər. Sariya vurğulayıb ki, zərbələr "məqsədlərinə nail olublar".
Məlumata görə, Qırmızı dənizdəki "MSC Aby" gəmisi də hücuma məruz qalıb.