Yardımlı şəhərində ümumi sahəsi 208 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 1 otağının tavanı 25 m² sahədə və 12 ədəd stul yanıb.

"Unikal" xəbər verir ki, inzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın Yardımlı Mədəniyyət Evində baş verib.