Mingəçevir Sənaye Parkında bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, gecə növbəsində tekstil qurğusunda çalışan 1995-ci il təvəllüdlü əməkdaş Nəzrin Azad qızı Hüseynəlizadənin sol əli işlək vəziyyətdə olan qurğunun arasında qalıb.

Təcili xəstəxanaya çatdırılan yaralı qadın əməliyyat edilib və sol əlin 4 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov