Rusiya Baş Prokurorluğu Britaniyanın ən qədim beyin mərkəzlərindən biri olan Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) fəaliyyətini arzuolunmaz elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya departamentinin mətbuat xidməti məlumat yayıb.
831-ci ildən mövcud olan bu qurum “Rusiya təhlükəsi”nə qarşı xüsusi təlimlərin keçirilməsi və Rusiya iqtisadiyyatına dağıdıcı təsir göstərməyə çağıran materialların dərci üçün arzuolunmaz elan edilib. Rəsmi açıqlamaya görə, Böyük Britaniya hökuməti və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən mərkəz mütəmadi olaraq təhlükəsizlik təhlili adı altında Rusiyaya qarşı hərbi əməliyyatların aparılması üsullarının müzakirə olunduğu seminarlar təşkil edir.