Şimali Koreya lideri Kim Çen In Pxenyanın Rusiyaya yardım göstərməyə hazır olduğunu açıqlayıb və bunu qardaşlıq borcu adlandırıb.

"Unikal" xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı danışıb. 

"Pxenyan Rusiyaya hər hansı şəkildə kömək edə bilsə, bunu mütləq edəcək. Bu, bizim qardaşlıq borcumuzdur", - Şimali Koreya lideri bildirib.

Öz növbəsində Putin bəyan edib ki, Rusiya və KXDR arasında xüsusi münasibətlər var. Liderlərin danışıqları Pekində  keçirilir. 

Gülayə Mecid