Portuqaliyalı tanınmış mütəxəssis Joze Mourinyo ilə yollarını ayıran Türkiyənin “Fənərbağça” komandası yeni baş məşqçi axtarışındadır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas namizədlərindən biri Almaniya təmsilçisi “Ştutqart”ı çalışdıran Sebastian Hönessdir. Klub rəhbərliyi 43 yaşlı mütəxəssisi komandanın sükanı arxasında görmək istəyir.
“Fənərbağça”nın digər variantı isə 2023/2024-cü illər mövsümündə komandaya rəhbərlik etmiş İsmayıl Kartaldır.
Xatırladaq ki, “sarı-lacivərdlilər” Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilmədiyi üçün avqustun 29-da Joze Mourinyo ilə vidalaşıb.