Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ildə daxili çempionatlarda ən çox qol vuran futbolçuların siyahısını yeniləyib.
"Unikal" İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunda çıxış edən Kilian Mbappe La Liqanın startında vurduğu 3 qolla liderliyi yenidən ələ alıb. Forvard il ərzində ümumilikdə 24 qola imza ataraq siyahıya başçılıq edir.
İyul ayında siyahının ilk pilləsində yer alan Əli Muhanəd (23 qol) isə mövqeyini itirərək 3-cü sıraya enib. Onu geridə qoyanlardan biri 23 qolu olan Viktor Gyökeres olub. İsveçli hücumçu əlavə göstəricilərdə rəqibini qabaqlayıb.