Sovet və Rusiya aviakonstruktoru, Su-25 hücum təyyarəsinin yaradıcısı Yuri İvaşeçkin 91 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat dərc edib.

Yuri 1980-1985-ci illərdə Sukhoi Dizayn Bürosunda işləyib, burada baş konstruktor vəzifəsində çalışıb. O, Su-9, Su-15, Su-24 və Su-25 təyyarələrinin hazırlanmasında iştirak edib, 2000-ci ildə isə Sukhoi Superjet 100 sərnişin təyyarəsinin yaradılması layihəsinə rəhbərlik edib.