Rusiya prezidenti Vladimir Putin, eləcə də Çin və Şimali Koreya liderləri Si Cinpin və Kim Çen In ABŞ-yə qarşı sui-qəsd hazırlamağı heç düşünməyiblər.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ prezidenti Donald Trampın Pekində keçirilən paradda Vaşinqtona qarşı “sui-qəsd” hazırlanması barədə bəyanatını şərh edərkən deyib.

Uşakov Trampın ABŞ-yə qarşı sui-qəsd cəhdi ilə bağlı sözlərini istehza adlandırıb:

"Demək istəyirəm ki, heç kim ABŞ-yə qarşı sui-qəsd hazırlamırdı, heç kim heç nə, heç bir sui-qəsd barədə düşünmür", - Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında deyib. 

Bundan əvvəl ABŞ lideri Donald Tramp Çin rəhbərliyinə və tədbirdə iştirak edən tərəfdaş ölkələrə ünvanladığı paylaşımı ilə gündəmə gəlib. O, “Truth Social” platformasında, “Qoy sədrlik edən Si və Çinin möhtəşəm xalqı böyük və əlamətdar bayram gününü qeyd etsin. ABŞ-yə qarşı sui-qəsd hazırlayarkən Vladimir Putinə və Kim Çen Ina mənim ən səmimi arzularımı çatdırın”, - yazıb. 

Gülayə Mecid