Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumu nəticəsində azı 14 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış, Bəlucistan Milli Partiyasının yüzlərlə tərəfdarının toplaşdığı stadionun parklanma sahəsində baş verib. Hadisə zamanı ərazidə böyük izdiham olduğu bildirilir. Hücuma görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma öz üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırma başlayıb.