Dünyanın ən varlı 500 insanının ümumi sərvəti bir gündə rekord həddə - 336 milyard dollar artıb.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Agentlik aydınlaşdırıb ki, 15 iyunda Nyu-Yorkda keçirilən ticarət əməliyyatlarından sonra dünyanın ən varlı insanlarının sərvətindəki artım tarixdə qeydə alınmış ən böyük artım olub.

 "Nəticədə onların ümumi sərvəti rekord həddə - 13,3 trilyon dollara çatıb", - nəşr qeyd edib. 

Gülayə Mecid