Fransalı mütəxəssis Erve Renar Tunis millisinin baş məşqçisi təyin olunub.
"Unikal" xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
57 yaşlı mütəxəssis dünya çempionatının sonunadək yığmaya rəhbərlik edəcək. Turnirdən sonra tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqlar aparacaqlar.
Qeyd edək ki, Tunis millisi dünya çempionatının qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Sabri Lamuşi vəzifəsindən uzaqlaşdırılıb. Bu, dünya çempionatları tarixində qrup mərhələsi davam edərkən baş məşqçi istefası ilə bağlı ilk belə hadisə olub.
Erve Renar karyerası ərzində Zambiya, Kot-d'İvuar, Mərakeş və Səudiyyə Ərəbistanı millilərini çalışdırıb.
Tunis yığması dünya çempionatının qrup mərhələsində növbəti oyunlarını iyunun 21-də Yaponiya, iyunun 26-da isə Niderland millisinə qarşı keçirəcək.











.webp)









































