Türkiyə Milli Komandasının Avstraliya ilə Dünya Kuboku matçında azarkeşlərdən biri fərqli görünüşü ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, söhbət qara rəngə boyanmış üzü, ağ saçları və linzaları ilə tribunada diqqət çəkən azarkeş Necdet Ölçermandan (Udi Neco) gedir.
Ölçermanın qeyri-adi görünüşü, xüsusən də xarici mətbuatda geniş diqqət çəkib və Britaniyanın LADbible yayım təşkilatı da bu mövzuda bir hekayə dərc edib.
Bu təəccüblü görüntünün arxasında fanatik dəstək dayanır. Gündəlik həyatında normal görünüşə sahib olan Necdet Ölçermanın oyun günlərində istifadə etdiyi qara-ağ geyim üçün "Beşiktaş"ın rənglərindən ilham aldığı bildirilir.
Bildirilib ki, əvvəllər AVRO-2024 matçlarında oxşar davranış nümayiş etdirən azarkeşlər bu ənənəni Dünya Kubokunda da davam etdiriblər.




















































