İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 282 min insanın yaşadığı Palu şəhərindən (Sulavesi adası) 46 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.