Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında danışıqlar başlayıb.
"Unikal" xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyində baş tutub.
Türkiyəli nazir iyunun 15-dən 17-dək Rusiya paytaxtında səfərdədir.
Rusiya Xarici İşlər Nazirliyi dünən Lavrov və Fidanın görüş zamanı Yaxın Şərqdəki gərgin vəziyyəti müzakirə edəcəklərini açıqlayıb. Nazirlərin Qara dəniz bölgəsindəki vəziyyəti, o cümlədən naviqasiya təhlükəsizliyini qaldıracağı gözlənilir. Onlar həmçinin Akkuyu Atom Elektrik Stansiyasının tikintisinin gedişatını və Mavi Axın və Türk Axını qaz boru kəmərlərinin fəaliyyətini müzakirə edəcəklər.











.webp)









































