Filippinin cənubundakı Mindanao adasında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 65-dən 68-ə yüksəlib, 33 nəfər isə hələ də itkin düşüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Filippin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurasının məlumat yayıb. 

Fəlakətin nəticələri təxminən 1,4 milyon insana təsir göstərib, onlardan 18,5 mini təxliyə mərkəzlərinə yerləşdirilib.

8 iyun səhəri Mindanaonun cənub sahillərində zəlzələ baş verib. Yerli hakimiyyət orqanları 68.000 evə ziyan dəydiyini, onlardan təxminən 12.400-ünün tamamilə dağıldığını bildirib. Ən çox ziyan Davao Occidental və Sarangani əyalətlərinə, eləcə də adanın cənubundakı General Santos şəhərinə dəyib.