Bakıda 11 il əvvəl evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.
İstintaqla müəyyən edilib ki, Hüseyn Cəfərov dostu Özal Orduxanlı ilə birlikdə Əhməd Əhmədovun evindən maddi ehtiyacları ödəmək üçün telefon qurğuları oğurlayıb sataraq maddi qazanc əldə edəcəkləri barədə razılaşıblar.
Onlar birlikdə 19 noyabr 2014-cü il tarixdə saat 19 radələrində Əhməd Əhmədovun yaşadığı ünvanın qarşısına gəlib tikilməkdə olan hasarın üzərinə çəkilmiş çadırı kənara çəkərək həyətə baxış keçiriblər.
Onlar evdə heç kimin olmadığına əmin olduqdan sonra, planlaşdırdıqları oğurluğu etmək üçün qaraja daxil olub içərisində axtarış aparıblar.
Lakin onlar heç bir telefon qurğusu və elektronik əşya olmadığını müəyyən etdikdən sonra, ərazidən uzaqlaşmaq istəyiblər.
Bu vaxt səs eşidilib və onlar ifşa olunmamaq üçün qaçmağa başlayıblar. Qonşuluqda yaşayan Namiq Hənifəyev hadisə yerindən qaçan Özal Orduxanlının arxasınca qaçır.
Daha sonra Hüseyn Cəfərov Namiq Hənifəyevlə rastlaşır və onun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.
Namiq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Bununla da, Hüseyn Cəfərova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu



























.jpg)








.webp)













