Milli Hidrometeorologiya Xidməti iyunun 17-18-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə "Unikal"a xidmətdən bildirilib.

Qeyd olunub ki, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, Naxçıvan Muxtar Respublikasında sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.